Data analitik xam halda olan biznes datalarını toplayan, emal edən, vizuallaşdıran və onlardan strateji qərarlar üçün məntiqli nəticələr çıxaran mütəxəssisdir. Sadəcə rəqəmlərlə işləmir; rəqəmlərin dilini biznesin dilinə çevirir.
Günümüzdə biznes qərarları artıq intuisiya ilə deyil, dataya əsaslanaraq verilir. Bu prosesdə şirkətlərin ən çox ehtiyac duyduğu şəxs data analitikdir. Bu yazıda peşənin nə olduğunu, hansı bacarıqlar tələb etdiyini, Azərbaycanda nə qədər qazandırdığını və 0-dan necə başlamaq lazım olduğunu izah edirik.
Sahənin özü data analitikanın nə olduğu, hansı növlərə bölündüyü və hansı proseslərdən ibarət olduğu barədə ayrıca yazımız var: data analitika nədir.

Data analitik nə iş görür?
Analitikin gündəlik işi üç böyük blokdan ibarətdir: datanı əldə etmək, ona güvənilə biləcək hala gətirmək və nəticəni qərar verənlərə çatdırmaq.
-
Data çəkmək verilənlər bazasından SQL sorğuları ilə lazım olan məlumatı almaq, müxtəlif mənbələri birləşdirmək.
-
Təmizləmək təkrarları, boş dəyərləri və uyğunsuzluqları aradan qaldırmaq. İşin ən çox vaxt aparan hissəsidir.
-
Analiz etmək seqmentasiya, trend təhlili, korrelyasiya axtarışı, hipotezlərin yoxlanılması.
-
Hesabat qurmaq Power BI və ya Tableau-da dashboard hazırlamaq, avtomatik yenilənən hesabat sistemi qurmaq.
-
Təqdim etmək nəticələri texniki olmayan komandalara satış, marketinq, rəhbərlik anlaşıqlı dildə çatdırmaq.
Analizlərin şirkətə real faydası
Data analizi nəticəsində şirkətlər müştəri davranışlarını öyrənə bilir. Məsələn, "Səbət analizi" (Basket Analysis) metodu ilə hansı məhsulların birlikdə daha çox satıldığını və ya bir məhsulu alan şəxsin hansı digər məhsula maraq göstərə biləcəyini aşkar edirlər. Bu, satış və marketinq kampaniyalarının effektivliyini bir neçə qat artırır. Hazırlanmış analizlər biznesdə, idarəetmədə və hətta elmdə riskləri minimuma endirməyə kömək edir.
Data analitik maaşı
Əmək haqqı bacarıq səviyyəsindən, təcrübədən və sektordan asılı olaraq ciddi dəyişir. Azərbaycan bazarı üçün ümumi mənzərə belədir:

Bank, telekom və iri e-ticarət şirkətləri adətən yuxarı aralıqda ödəyir. Python və data modelləşdirmə bacarığı olan analitiklər yalnız Excel və Power BI bilənlərdən nəzərəçarpacaq dərəcədə çox qazanır.
Dünya İqtisadiyyat Forumunun (WEF) 2026-cı il "Future of Jobs Report" hesabatına əsasən, "Data Analysts", "Big Data Specialists" və "Business Intelligence Analysts" vəzifələrinə tələbin 30-35% artacağı gözlənilir bu isə maaş səviyyəsinə yuxarı istiqamətdə təzyiq deməkdir.
Data analitik olmaq üçün lazım olan texniki bacarıqlar
Bu peşəyə yiyələnmək üçün müəyyən alətlər arsenalına sahib olmalısınız.
1. SQL və verilənlər bazası ilə iş
Məlumat bazalarından lazım olan datanı çəkmək, filtrləmək və yeniləmək üçün SQL sorğu dili analitikin "olmazsa olmaz"ıdır. Vakansiyaların demək olar ki, hamısında tələb olunur.
2. Excel (Advanced səviyyə)
Dataların sürətli emalı və ilkin analizlər üçün mükəmməl səviyyədə Excel bilmək şərtdir. Power Query və Power Pivot bilgisi isə səni orta səviyyəli namizədlərdən ayırır.
3. Power BI və Tableau ilə vizuallaşdırma
Datanı tapmaq bəs etmir onu rəhbərliyə aydın şəkildə təqdim etmək lazımdır. İş zəkası (BI) proqramları vasitəsilə dinamik dashboard qurmağı bacarmalısınız.
4. Python və ya R
Çox böyük həcmli datalarla işləyirsinizsə, bir proqramlaşdırma dili bilmək sizi rəqiblərinizdən bir addım önə çıxaracaq. Python xüsusilə avtomatlaşdırma və data science istiqamətinə keçid üçün idealdır.
Texniki olmayan, amma vacib bacarıqlar
Datanı düzgün oxumaq, statistik xətaları anlamaq və hipotez irəli sürmək üçün tənqidi düşüncə bacarığı mütləqdir. Rəqəmlərin arxasındakı biznes məntiqini görmək öyrənilməsi ən çətin, amma ən dəyərli bacarıqdır. Eyni zamanda analitik mütəmadi olaraq satış, marketinq və maliyyə departamentləri ilə ünsiyyətdə olduğu üçün yüksək kommunikasiya bacarığına malik olmalıdır. Mürəkkəb analizi 3 cümləyə sığdıra bilməyən analitikin işi görünməz qalır.
Data analitika ixtisası və universitet seçimi
Hazırda Azərbaycan universitetlərində bakalavr səviyyəsində birbaşa "Data Analitika ixtisası" geniş yayılmasa da, "İqtisadiyyat", "Biznesin idarə olunması", "Riyaziyyat" və "İT" sahələri üzrə təhsil alanlar bu peşəyə ən yaxın namizədlərdir. Statistika, ehtimal nəzəriyyəsi və verilənlər bazası fənləri keçən istənilən ixtisas yaxşı təməl verir. Magistratura səviyyəsində bəzi universitetlərdə "Biznes analitikası" və "Məlumat analitikası" proqramları mövcuddur.
Lakin diplomunuzdan asılı olmayaraq, ixtisaslaşmış kurslar və praktiki layihələr vasitəsilə də bu sahədə uğurlu karyera qurmaq mümkündür. İşəgötürənlərin əksəriyyəti diplomdan çox portfelə və test tapşırığındakı performansa baxır.
Data analitik vakansiyaları: kim axtarır?
Azərbaycanda data analitik vakansiyaları ən çox bu sektorlardan gəlir:
-
Bank və maliyyə kredit analitiki, risk analitiki, hesabatlılıq üzrə mütəxəssis
-
Telekommunikasiya abunəçi davranışı, tarif analitikası, churn təhlili
-
Pərakəndə və e-ticarət satış analitiki, inventar və qiymət analitikası
-
Sığorta aktuar dəstəyi, iddia (claim) analitikası
-
Logistika marşrut və çatdırılma effektivliyinin təhlili
Vəzifə adları həmişə "Data Analitik" olmur. Eyni işi təsvir edən başqa adlar: Biznes Analitik, BI Mütəxəssisi, CRM Analitik, Hesabatlılıq üzrə mütəxəssis, Satış Analitiki, Maliyyə Analitiki. Vakansiya axtararkən bu adları da nəzərdən keçir.
Biznes analitik və data analitik adları tez-tez qarışdırılır aralarındakı fərqi ayrıca müqayisədə izah etmişik.
0-dan data analitik olmaq: yol xəritəsi
-
Excel-i orta səviyyədən yuxarı öyrən funksiyalar, Pivot Table, Power Query. Təxminən 1-2 ay.
-
SQL-in əsaslarını mənimsə SELECT, JOIN, GROUP BY, alt sorğular. 1-1.5 ay.
-
Power BI ilə ilk dashboard-unu qur. Açıq datasetlərdən istifadə et. 1 ay.
-
Statistikanın əsasları: orta, median, standart kənarlaşma, korrelyasiya. Paralel öyrənilir.
-
3-4 real layihə hazırla və GitHub-a yüklə. Portfel olmadan müsahibəyə çağırılmaq çətindir.
-
CV-ni layihələr üzərində qur, junior vəzifələrə müraciət et.
Ödənişsiz onlayn resurslarla başlamaq mümkündür, lakin sistemli irəliləmək və müsahibəyə hazır olmaq üçün təcrübəli mentorların dəstəyi işi xeyli sürətləndirir.
Handex Təhsil Mərkəzinin data analitika kursu bu yol xəritəsinin hamısını 5 ay ərzində real layihələr və mentor dəstəyi ilə əhatə edir.
