Məzunlarımızın işlədiyi top şirkətlər





























Məmnuniyyət faizi (%)
Beynəlxalq sertifikat alan tələbələr
İş tapan məzunların faizi (%)
Peşəkar müəllim heyəti
Statistika sübut edir: Uğur təsadüf deyil, doğru qərarların nəticəsidir!
Tələbələrimizin rəylərini oxuyun
Onların uğuru və məmnuniyyəti bizim əsas öhdəliyimizdir

Şəbnəm Şahbazova
Kapital Bank - Bİ analitik
Ümumi olaraq ilkin bilikləri bilirdim, amma daha da təkmilləşdirdim Handex-də. Ona görə təşəkkür edirəm müəllimlərinə və işçi heyətinə. Hal-hazırda da BI analitik kimi işləyirəm və öyrəndiyim biliklər mənə çox lazım olur. Ümumilikdə hər şey qaydasında idi.

Raul Rza
NORM ASC - Biznesin analizi üzrə kiçik mütəxəssis
Ümumilikdə MOSE dərslərindən çox razı qaldım. Dərslər sistemli və aydın şəkildə izah olunurdu, müəllim hər mövzuya diqqətlə yanaşır, sualları ətraflı cavablandırırdı. Bu tədris sayəsində həm biliklərimi artırdım, həm də MOSE imtahanından 100% nəticə əldə etdim.

Qulu Allahverdiyev
Shell - Kredit riski analitiki
Handex-də Data Analitika təhsil almışam. Polşadan onlayn formada qoşulurdum. Tədris davam etdiyi ərəfədə Shell şirkətində kredit analitik olaraq işə başladım. Burada qazandığım biliklər iş tapmağımda çox kömək oldu.

Məleykə Həsənsoy
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi - İnsan resusrları üzrə mütəxəssis
MOSE sertifikatına hazırlıq prosesində göstərdikləri peşəkar yanaşma və dəstəyə görə Handex təhsil mərkəzinə çox təşəkkür edirəm. Dərslər aydın, praktik və imtahana uyğun şəkildə təşkil olunmuşdu. Müəllimin izahı və yanaşması sayəsində imtahana inamla hazırlaşaraq sertifikatı uğurla əldə etdim. Keyfiyyətli təhsil mərkəzi axtaran hər kəsə tövsiyə edirəm!

Kərim Kərimov
Bank Respublika - Təhlil və hesabatlılıq şöbəsində mütəxəssis
0-dan Data analitikaya başlayanlar üçün ilk başlarda biraz çətin olsada, təsəvvür və analitik düşüncə formalaşdıqca və müəllimlərin dəstəyi ilə daha yaxşı qavramaq mümkün olur, dərslərin izahından və müəllimlərdən çox razıyam isə çox razı qaldım.

Həbib Məhərrəmli
AAIL - İR üzrə mütəxəssis
Qatıldığım tədrislərdən çox yaxşı nailiyyətlə və təəssüratla ayrıldım. Təlim mərkəzi dərslərin gedişatı ilə maraqlanır, tez-tez təkliflərimizin olub-olmadığını soruşur. Müəllim isə gec saatlar olmasına baxmayaraq sualları cavablayır.

Niyaz Ağazadə
Avrora - Data analitik
Handex-də Data Analitika təhsilini başa vurdum. Ümumi 5 aylıq təhsildən çox razı qaldım və hal hazırda iş tapmağımın 1 nömrəli səbəbi olan Handex ailəsinə öz təşəkkürlərimi bildirirəm.

Əsmər Abdullayeva
Terra Pharm - Data analitik
Handex-də Data Analitika təhsili aldıqdan daha sonra MOSE tədrisində iştirak edərək MO-211 imtahanına hazırlaşıb uğurla keçmişəm. Təhsil mərkəzində öyrəndiyim nəzəri və texniki biliklər iş tapmağımda böyük rol oynadı.

Gülər Bəkirli
Azərcell - Biznesin davamlılığı üzrə kiçik mütəxəssis
Handex Təhsil Mərkəzində iştirak etdiyim Data Analitika təhsilindən ümumi olaraq çox məmnun qalmışam. Tədris proqramı mövzuların ardıcıllığı baxımından yaxşı hazırlanıb və nəzəri biliklərlə yanaşı praktik tapşırıqlara da geniş yer verilməsi Excel, Power BI, SQL və Python kimi alətləri daha rahat mənimsəməyə kömək edir. Dərslərin video yazılarının bizimlə paylaşılması isə tapşırıqları yerinə yetirən zaman unutduğumuz məqamları yenidən nəzərdən keçirməyə kömək olurdu. Müəllimlər isə mövzulara peşəkar şəkildə yanaşırdı. İzahları aydın və anlaşıqlı idi. Dərslər zamanı suallarımız səbrlə cavablandırılır, hər bir tələbəyə diqqət göstərilirdi. Hər kəsin etdiyi səhvlərin üzərindən geniş izahla bir-bir keçilirdi. Beləcə o mövzu hər kəsə tam aydın olurdu. Eyni zamanda, dərs prosesi interaktiv keçdiyi üçün öyrənmək daha maraqlı və effektiv olurdu. Həm analitik düşüncə bacarıqlarımı inkişaf etdirdim, həm də iş həyatında da istifadə edə biləcəyim praktiki bilik və bacarıqlar qazandım. Əməyi keçən bütün müəllimlərə və təşkilatçılara təşəkkür edir, Handex-i data analitika sahəsində inkişaf etmək istəyən hər kəsə tövsiyə edirəm.

Ofeliya Poladova
BlackWell LLC - Data analitik
Dərslərdən çox razı qaldım. Tədris proqramı kifayət qədər faydalı və praktik idi. Müəllimlər mövzuları aydın, səbirli və peşəkar şəkildə izah edirdilər, suallarımızı hər zaman ətraflı cavablandırırdılar. Tədris müddətində həm nəzəri, həm də praktiki biliklərimi inkişaf etdirdim. Əməyi keçən bütün müəllimlərə və təşkilatçılara təşəkkür edirəm!

Rüfanə Ələmzadə
İDDA - Monitorinq üzrə mütəxəssis
Karyeramın inkişafı üçün verdiyim ən doğru qərarlardan biri Handex Tədris Mərkəzində təhsil almaq oldu. Burada aldığım təhsil mənə yalnız nəzəri bilik deyil, iş həyatında rahatlıqla tətbiq edə biləcəyim praktiki bacarıqlar qazandırdı. Xüsusilə Data Analitika üzrə keçdiyim təhsil məlumatlarla daha sistemli işləməyi, analitik düşünməyi və gündəlik iş proseslərinə daha peşəkar yanaşmağı öyrətdi. Təhsilim hələ bitməmiş işlə təmin olunmağım isə Handex-in tələbələrinin inkişafına nə qədər ciddi yanaşdığının ən gözəl sübutu oldu. Daha sonra Excel və Power BI üzrə beynəlxalq sertifikatlar üçün yenə də Handex-i seçdim. Çünki dərslərin praktik keçirilməsi, müəllimlərin aydın izahı və hər tələbəyə fərdi yanaşma öyrənmə prosesini həm rahat, həm də effektiv edir. Bu təcrübə mənə bir daha göstərdi ki, düzgün mühit, sistemli yanaşma və peşəkar mentorluq inkişaf yolunda əsl fərq yaradır.

Amaliya Tağıyeva
ABB - Data analitik
Handex-də təhsil almaq mənim üçün ən doğru qərarlardan biri idi. Dərslərin keyfiyyəti, müəllimlərin yanaşması və öyrənmə mühiti həqiqətən çox yüksək səviyyədədir. Handex bu sahədə ən keyfiyyətli tədris mərkəzlərindən biridir. Burada qazandığım biliklər sayəsində karyerama uğurlu başladım və bu gün ABB-də Data analitik kimi çalışıram. Buna görə Handex komandasına təşəkkür edir və bu sahədə inkişaf etmək istəyən hər kəsə səmimi qəlbdən tövsiyə edirəm.

Selcan Qasımzadə
Kapital bank - Biznes Analitik
Handex təhsil mərkəzində MO-211 və İT Specialist Data Analytics sertifikatlarına hazırlıq üzrə tədris almışam. Həm müəllim, həm də komanda işində çox peşəkardır. Bir daha təşəkkürlər, Handex!

Bəhruz Həsənpur
Expressbank - Biznes prosesləri üzrə aparıcı mütəxəssis
Süni intellekt əlavəli İT Biznes analitika təhsili mənə bilik və bacarıqlarımı inkişaf etdirməkdə kömək etdi. Öyrəndiklərimi işimdə tətbiq edərək daha səmərəli nəticələr əldə etməyə başladım. Mənim üçün faydalı bir təcrübə oldu.

Rəşad Məmmədzadə
Fresh Catering MMC - Vergi üzrə mütəxəssis
Bir sözlə özünü inkişaf etdirmək istəyən, texniki biliklərini artırmaq istəyən şəxslər üçün ən ideal təhsil mərkəzidir. Tədris qaydası və müəllim barəsində tək bir söz deyə bilərəm ki, mükəmməldir.

Ömər Balacayev
Socar - İR şöbəsinin müdir müavini
Qısa müddət öncə Excel-dən beynəlxalq sertifikat almaq qərarına gəldim və imtahanda 945/1000 bal yığdım. Özünü Excel, BI, SQL və s data istiqaməti üzrə inkişaf etdirmək istəyən hərkəsə Handexi şiddətli tövsiyə edirəm.

Aytac Kərimova
Socar - Mütəxəssis köməkçisi
5 aylıq təhsil müddətində müəllimlərim müvafiq proqramlar üzrə öz təcrübələrini bölüşdülər və sadəcə texniki tərəfdən deyil, həm də karyera yolunda necə davranmalı, müsahibələrə necə hazırlaşmalı kimi mövzularda da dəstək oldular.

Mahmud Məmmədli
VTB Bank - Risk analitiki
Handexin keçirdiyi tədrislər mükəmməl təcrübədir! Xüsusilə Kamal müəllimin metodikası, insanlara olan yanaşması və açıqlığı sayəsində hər şey aydın olur. Kamal müəllim sadəcə bir müəllim deyil, o əsl ilham mənbəyidir🤩.

Nihad Əhmədzadə
VTB Bank - Aparıcı Anderrayter
SQL Developer dərsləri həm texniki biliklərimi, həm də problemlərə analitik yanaşmamı inkişaf etdirdi. Təşəkkürlər Handex!
Handex Təhsil Mərkəzində seçimlərini bilik, bacarıq və real təcrübə ilə gücləndir. Arzularını gerçəyə çevirəcək ilk addımı indi at!
Ödənişsiz konsultasiya
