Xidmətlərimiz
Şirkətlərin əlində çoxlu sayda məlumat olur, amma bu məlumatları düzgün təhlil etmədən onlardan faydalanmaq mümkün deyil. Biz Handex olaraq, sizə datalarınızı sadəcə toplamaq yox, onları düzgün analiz edərək real qərarlara çevirmək üçün xidmət göstəririk. Satış rəqəmlərindən tutmuş müştəri davranışlarına qədər hər bir göstərici əslində sizə nə etməli olduğunuzu göstərir. Biz isə bu göstəriciləri sizə aydın şəkildə izah edirik.
Şirkətinizdə mövcud olan xam datalar ilkin olaraq təmizlənir və analizə hazır vəziyyətə gətirilir. Daha sonra təqdim etdiyiniz sorğuya uyğun olaraq istənilən növ hesabat hazırlanır. Hazırlanan hesabatlar həm təqdimat formasında, həm də vizual olaraq aydın və istifadəyə hazır şəkildə sizə təqdim olunur.
Dataların analizi xidməti sizə yalnız bu günə deyil, gələcəyə dair dəqiq istiqamət verir. Verilən proqnozlar və təkliflər sayəsində siz bazardakı dəyişikliklərə daha hazırlıqlı olursunuz. Qərarlarınızı təxminlərə deyil, real məlumatlara əsaslanaraq verirsiniz və bu da sizin rəqiblərdən bir addım öndə olmanızı təmin edir.
Qeyd: Bu xidmət müştərinin ehtiyaclarına uyğun şəkildə fərdiləşdirilə bilər. Hazırlanıb təhvil verildikdən sonra isə tam texniki dəstək göstərilir, eyni zamanda əməkdaşlarınıza xidmətin istifadəsi ilə bağlı təlim və izahlı dəstək də təqdim olunur.
Paylaş