Xidmətlərimiz
Müştərilərlə mütəmadi və effektiv əlaqə qurmaq bu günün biznes dünyasında böyük üstünlükdür. Handex-in avtomesaj sistemləri vasitəsilə siz minlərlə müştəriyə bir anda məlumat göndərə, ödəniş xatırlatmaları və ya kampaniya bildirişləri çatdıra bilərsiniz.
Avtomesaj xidmətimiz müştəri bazanızı seqmentləşdirərək istədiyiniz mesajı doğru hədəf qrupuna çatdırmağı mümkün edir. Bunun sayəsində müştəri məmnuniyyəti artır, əlaqələr möhkəmlənir və satışlarda artım müşahidə olunur. Mesajlar planlı şəkildə yalnız WhatsApp üzərindən çatdırılır.
Bu xidmətin üstünlükləri arasında nömrəni telefona qeyd etmədən mesaj göndərmək, mesajlara şəkil və fayl əlavə etmək imkanı, əməkdaşların vaxtına qənaət edilməsi və təkrar iş yükünün azalması yer alır. Eyni zamanda, bu sistem marketinq, ödənişlərin idarə olunması və müştəri xidmətləri sahələrində daha effektiv və sistemli ünsiyyət qurmağa şərait yaradır.
Qeyd: Bu xidmət müştərinin ehtiyaclarına uyğun şəkildə fərdiləşdirilə bilər. Hazırlanıb təhvil verildikdən sonra isə tam texniki dəstək göstərilir, eyni zamanda əməkdaşlarınıza xidmətin istifadəsi ilə bağlı təlim və izahlı dəstək də təqdim olunur.
Paylaş