Xidmətlərimiz
Anbarda nə qədər məhsul olduğunu dəqiq bilmədən satış, sifariş və logistika qərarları vermək risklidir. Handex tərəfindən hazırlanan anbar qalıq hesabatı ilə siz hər an anbardakı vəziyyəti aydın şəkildə görə bilərsiniz. Hesabatda stokda azalma müşahidə olunan normadan artıq olan məhsul çeşidləri, eləcə də artıq ehtiyatda olan məhsullar aydın və detallı şəkildə əks olunur.
Bu xidmət sizə sifarişlərin daha düzgün planlaşdırılması və anbar sahəsinin səmərəli istifadəsi üçün imkan yaradır. Eyni zamanda artıq və ya gecikmiş sifarişlərin qarşısı alınır, itki və israf halları minimuma endirilir. Beləliklə, həm maliyyə, həm də əməliyyat baxımından şirkətiniz qazanc əldə edir.
Anbar prosesləri nə qədər şəffaf və nəzarət olunandırsa, şirkətin digər bölmələrinin işi də bir o qədər rahat olur. Bu hesabatlarla siz təchizat zəncirinizi gücləndirə və müştərilərə vaxtında xidmət göstərməyə davam edə bilərsiniz.
Qeyd: Bu xidmət müştərinin ehtiyaclarına uyğun şəkildə fərdiləşdirilə bilər. Hazırlanıb təhvil verildikdən sonra isə tam texniki dəstək göstərilir, eyni zamanda əməkdaşlarınıza xidmətin istifadəsi ilə bağlı təlim və izahlı dəstək də təqdim olunur.
Paylaş