Bu məqalədə düzgün CV forması və düzgün CV hazırlanma qaydaları barədə danışacaq və sadə və praktik məlumat verəcəyik. İstər ilk dəfə CV hazırlayan şəxs, istərsə də HR mütəxəssisi ol, bu bloq sənə addım-addım kömək edəcək. Yazının sonunda CV nümunələri və Europass CV haqqında da məlumat tapacaqsan.
CV nədir və niyə vacibdir?
CV — “Curriculum Vitae” ifadəsinin qısaldılmış formasıdır və "həyat xülasəsi" mənasına gəlir. Bu sənəd işəgötürənə sənin təhsilini, təcrübəni və bacarıqlarını təqdim edir
Yaxşı hazırlanmış CV bir müsahibəyə dəvət alma şansını ciddi şəkildə artırır. Əksinə, zəif tərtib olunmuş CV səni potensial iş imkanlarından uzaqlaşdıra bilər.
Peşəkar CV necə hazırlanmalıdır?
CV hazırlamamışdan öncə bəzi məqamları yerinə yetirmək lazımdır. Bu məqamları yerinə yetirdikdən sonra cv hazırlama mərhələsinə keçmək olar.
1. Müraciət etdiyiniz işləri analiz edin.
Müraciət etdiyiniz vakansiyanın tələblərinə baxın. Vakansiya üçün tələb olunan biliklərdən sizə uyğun olanı varmı? Qeyd edilən bacarıqlardan hansılar sizdə var onu müəyyənləşdirin. Uyğun bildiyiniz açar sözləri özünüz üçün qeyd edin. Qeyd etdiyiniz açar sözlər ATS sistemindən keçmək üçün sizə kömək olacaqdır. Bəzi CV-lər ATS sistemindən uğursuz nəticə aldığına görə HR-ların qarşısına çatmadan sistemdən silinə bilir.
2. Hər vakansiyaya eyni CV atmayın.
Hər vakansiyaya eyni CV atmaq yuxarıda qeyd etdiyimiz ATS sistemi üçün problem ola bilər. Buna görə, vakansiyalara uyğun olaraq CV-nizi tez tez güncəlləyin. Ən uyğun açar sözlərə sahib CV-ni yollayın.
3. Portofiloya diqqət yetirin.
Bəzi peşə sahibləri CV-lərinin yanında mütləq portfolio göndərməlidirlər. Çünki, işə götürən CV-dən çox sizin bacarığınıza, əl qabiliyyətinizə baxa bilər. Məsələn: Əgər Qrafik dizayner olaraq çalışırsınızsa portfolio göndərməyiniz tələb oluna bilər. Portfoliyonuzu müəyyən olunmuş sayt üzərində hazırlayaq göndərə bilərsiniz. Səliqəli və oxunaqlı olmasına diqqət yetirin.
CV forması və əsas bölmələr
Bir CV forması adətən aşağıdakı bölmələrdən ibarət olur:
Şəxsi məlumatlar: Ad, əlaqə nömrəsi, e-poçt, yaşadığı ünvan (yazılmaya bilər).
Təhsil: Oxuduğun məktəb və ya universitet, ixtisas, bitirmə ili.
İş təcrübəsi: Əvvəlki iş yerləri, vəzifə, görülən işlər.
Bacarıqlar: Dil bilikləri, kompüter proqramları, yumşaq bacarıqlar.
Əlavə məlumat: Sertifikatlar, könüllü fəaliyyətlər, layihələr.
Tövsiyə: (referans - olduğu təqdirdə)

CV formasını necə seçməli?
Dizayn sadə və oxunaqlı: Əksər peşələr üzrə (dizayn sahələri istisna olmaqla) CV-lər sadə, strukturlaşdırılmış və bir rəng tonallığında tərtib edilməlidir. Vizual qarışıqlıqdan qaçmaq üçün çox rəngdən istifadə tövsiyə olunmur. Əgər rəng tətbiq ediləcəksə, tünd göy tonları daha peşəkar və qəbulolunan hesab olunur.
Yazılar oxunaqlı: CV-də istifadə edilən şriftlər gözəçarpan və peşəkar görünməli, oxunuşu asanlaşdırmalıdır. Məsələn, Times New Roman, Arial, Calibri kimi klassik və peşəkar şriftlər üstünlük təşkil edir. Başlıqlar üçün 14–18 pt, əsas mətn üçün isə 10–12 pt ölçü aralığı idealdır.
Əgər beynəlxalq şirkətə müraciət edirsənsə, Europass CV formatı daha uyğundur.
CV hansı dildə yazılmalıdır?
CV-nin dili müraciət edilən vakansiya və şirkətin fəaliyyət sahəsinə uyğun seçilməlidir. Əgər paylaşılmış vakansiya elanı Azərbaycan dilindədirsə, CV də Azərbaycan dilində hazırlanmalıdır. Lakin əgər elan ingilis dilində verilibsə və ya müraciət edilən şirkət beynəlxalq və ya xarici dilli mühitdə fəaliyyət göstərirsə, bu halda CV-nin ingilis dilində təqdim edilməsi daha məqsədəuyğundur.
Düzgün CV necə hazırlanır?
CV hazırlamaq düşündüyün qədər çətin deyil. Aşağıdakı addımları izləsən, qısa zamanda səliqəli sənədin olacaq.
- Format seç: Canva və ya Word proqramında hazır CV forması seçərək başla. Əgər tapa bilməsən şablon CV-lərə baxaraq özün hazırlaya bilərsən.
- Şəxsi məlumatları əlavə et: Ad soyadını qeyd et. Aşağıdan vəzifəni yaz. Daha sonra əlaqə nömrən, e-poçt və yerləşdiyin şəhəri göstər. Sosial media linklərini yalnız peşəkar məqsədlidirsə paylaş. Linkedin hesabını paylaşa bilərsən. (LinkedIn hesabı qısa link formatında qeyd olunmalıdır) Lakin şəxsi istifadə etdiyin digər sosial şəbəkəri paylaşmağın peşəkar görünməyəkdir. CV-də yerləşdirilən foto peşəkar çəkilməlidir.

- Təhsil və iş təcrübəsini yaz: Təhsil və iş təcrübəni yazarkən xronoloji ardıcıllığa mütləq diqqət et. Son iş yerin və ya son aldığın təhsil və tarix hər zaman ilk sırada olmalıdır. Daha sonra keçmişə doğru qeyd edə bilərəsən. Təhsil aldığın məktəbi və universiteti qeyd edib, ixtisasını, dərəcəni yaz. Daha sonra iş təcrübələrinə keçdikdə mütləq vəzifə öhtəliklərini qeyd et. İşə götürən sənin hansı işləri gördüyünü, nələri etdiyini bilmək istəyəcəkdir. İlk təəsürat üçün bu mütləqdir. Boş göndərilmiş vəzifə yeri itirilmiş iş deməkdir.
- Bacarıqlar, sertifikatlar və naliyyətlər: Bu bölmədə hansı bacarıqlara sahib olduğunu bildirməyin üstünlükdür. Məsələn: Qrafik dizayner vakansiyasına müraciət edirsənsə, bilməli olduğun proqramları, vizual kimliyini qeyd edə bilərsən. Hardskill (Proqram bacarıqları) adlanan bu hissədə sahib olduğun bacarıqlar HR-ın nəzərinə dəyəcəkdir. Bundan əlavə Softskill (Yumuşaq bacarıq) hissəsinədə sahib olduğun bacarıqları qeyd edə bilərsən. Araşdırma apararaq vəzifə üçün ən uyğun bacarıqları qeyd edə bilərsən. Əgər peşə üzrə sahib olduğun bacarıq və naliyyətin varsa onları da qeyd etməyin tövsiyyə olunur. Dil biliyinizi göstərmək üçün sadəcə dil və səviyyəsini yazmaq kifayət edəcəkdir. Məsələn: İngilis dili B2 səviyyə
- Faylın saxlanması: CV ilkin mərhələdə Microsoft Word proqramında hazırlanmalı, son hal isə PDF formatında saxlanılaraq göndərilməlidir. Bu yanaşma sənədin strukturunda, şriftlərdə və dizaynda texniki problemlərin (açılmama, dağılma və s.) qarşısını alır. Hazır CV şablonlarından (template-lərdən) istifadə olunması tövsiyə edilmir, çünki bu cür şablonlar fərdi bacarıqların və təcrübənin aydın şəkildə təqdim olunmasına əngəl yarada bilər. Mümkün qədər unikal, strukturlaşdırılmış və məqsədəuyğun CV hazırlanması daha peşəkar təsir bağışlayır və seçilmə şansını artırır. CV-ni pdf formatında saxlamağa çalış. Digər cür göndərilən CV-lər, məsələn: word, png, jpg və s. peşəkar sayılmaya bilər. Yadda saxladığın CV-nin adını düzgün anladır.
- Yanlış: ayka001Cv.pdf, Resume.pdf. CV.pdf ❌
- Düzgün: Ad_Soyad_CV.pdf ✅
CV nümunələri və Europass formatı
Europass CV beynəlxalq qəbul edilən standart bir formadır. Bu format işəgötürənlər üçün informasiyanın aydın və müqayisə edilə bilən formada olmasını təmin edir.
Əgər Avropada təhsil və ya iş üçün müraciət etməyi düşünürsənsə, Europass CV rəsmi saytı üzərindən CV-ni pulsuz hazırlaya bilərsən.
Digər tərəfdən, Canva CV şablonları da həm dizayn, həm də rahatlıq baxımından çox istifadə olunur. Hər iki seçim peşəkar görünüş üçün uyğundur.
Təcrübəsizlər üçün CV yazma tövsiyələri
Əgər ilk dəfə CV hazırlayırsansa, təcrübə bölməsi səni narahat etməsin. Aşağıdakı ipucları sənə kömək edəcək:
- Könüllülük fəaliyyətləri və ya universitet layihələrini qeyd et.
- Öyrəndiyin proqramları və kursları əlavə et.
- Məqsəd hissəsində “öyrənməyə açıq və məsuliyyətli namizədəm” kimi cümlə yaza bilərsən.
- CV-ni 1 səhifə ilə məhdud saxla, uzun yazmaq yox, dəqiq olmaq vacibdir.
Bax belə, artıq “Peşəkar CV necə hazırlanır?” sualının cavabını bilirsən. Artıq ilk mərhələdən uğurla keçmisən deməkdir. Növbəti bloqlarda iş müsahibəsinə hazırlıq mərhələsi haqqında məlumat ala bilərsən. Sənə uğurlar!
Peşəkar CV-nümunələri: Nümunə CV-lər
