Microsoft Copilot, şirkətin süni intellekt (AI) əsaslı ağıllı köməkçi platformasıdır. O, müxtəlif Microsoft məhsullarına inteqrasiya olunaraq istifadəçilərə tapşırıqları daha sürətli, daha ağıllı və daha effektiv şəkildə yerinə yetirməyə kömək edir.
Copilot Word, Excel, Outlook və Teams kimi gündəlik istifadə etdiyimiz proqramların daxilində çalışır və real iş tapşırıqlarını bizimlə birlikdə yerinə yetirir. Yəni süni intellekt artıq ayrıca bir proqram deyil, iş prosesinin ayrılmaz bir hissəsinə çevrilir.

Microsoft copilot-un yaranması və inkişafı
Microsoft Copilot ilk dəfə 7 fevral 2023-cü ildə “Bing Chat” adı ilə təqdim olunmuşdu. Bu yeni AI əsaslı köməkçi Microsoft-un Bing axtarış sistemi və Edge brauzeri ilə inteqrasiya olunmuş və OpenAI-nin GPT-4 modelindən, həmçinin Microsoft-un Prometheus adlı xüsusi texnologiyasından istifadə edirdi.
-
GPT-4: Mətni anlama, məntiq qurma və cavab yaratma bacarığına malik güclü süni intellekt modelidir.
-
Prometheus Texnologiyası: Bing-in axtarış imkanlarını GPT-4 üçün optimallaşdıraraq ona daha doğru, aktual və təhlükəsiz məlumatlara çıxış imkanı yaradır.
Sadə dillə desək, GPT-4 düşünür, Prometheus isə ona internetdən ən düzgün və aktual məlumatı çatdırır.
Vahid brend strategiyası və klaviaturadakı yeni düymə
Zaman keçdikcə süni intellektin tək bir məhsulda yox, bütün ekosistemdə işləməsinin vacib olduğu ortaya çıxdı. Buna görə Microsoft müxtəlif məhsullarda mövcud olan bütün AI köməkçilərini, Bing Chat, Office 365 Copilot, Windows Copilot, Azure və GitHub-dakı AI funksiyalarını vahid “Copilot” brendi altında birləşdirdi.
Build tədbirində Copilot-un Windows 11 əməliyyat sisteminə inteqrasiya ediləcəyi elan olundu. Artıq yeni nəsil kompüterlərin klaviaturalarında ayrıca Copilot düyməsi təqdim edilir. Bu, Windows tarixində son 30 ildə klaviaturaya yeni sistem düyməsinin əlavə olunduğu nadir hadisələrdən biridir. Bu addım Microsoft-un süni intellekti Windows-un mərkəzinə yerləşdirdiyini və onu gündəlik iş axınının təbii bir hissəsinə çevirdiyini sübut edir.

Copilot necə işləyir?
Copilot-un əsas ideyası çox sadədir: Hansı Microsoft məhsulundan istifadə edirsənsə, həmin məhsulun içində sənə kömək edən bir “ağıllı köməkçi” var.
Bir anlıq təsəvvür edin: Gecə vaxtı yoldasınız və maşınınız qəfil dayanır. Heç bir xəbərdarlıq yoxdur. Sən də düşünürsən: “Görəsən mühərrikdə problem var, təkər boşalıb, yoxsa benzindir?”
Bu anda maşının panelində sanki gizli bir köməkçi oyanır və deyir: “Narahat olma, problem start sistemindədir. Akkumulyator zəifdir. Ən yaxın servis 2 km məsafədədir.”
Sən nə ustaya zəng etmisən, nə də kapotu açıb nəsə axtarmısan. Köməkçi maşının öz daxili sistemindən məlumatları toplayıb vəziyyəti analiz edir və sənə ən doğru nəticəni təqdim edir.
Copilot da eyni prinsiplə işləyir: Hansı proqramın içindəsinizsə, Word, Excel, Outlook, Teams və s. həmin proqramın “özünü və sizin datanızı ən yaxşı tanıyan köməkçisi" sənə nə baş verdiyini izah edir və nə etməli olduğunu göstərir. Məhz bu yanaşma Copilot-u klassik və ayrıca brauzerdə açılan süni intellekt alətlərindən fərqləndirir.
Müxtəlif sahələr üçün Microsoft Copilot növləri
Microsoft Copilot artıq sadə bir çat-botdan çıxaraq, müxtəlif peşə sahələrində fərqli funksiyaları yerinə yetirən ağıllı süni intellekt platformasına çevrilib:
1 Copilot for Microsoft 365: Gündəlik ofis işlərini yüngülləşdirir böyük Excel datalarını analiz edir, sənədləri yazmağa kömək edir, uzun e-mailləri qısa şəkildə xülasə edir.
2.GitHub Copilot: Proqramçılar üçün növbəti kod sətirlərini təklif edən və funksiyalardakı xətaları tapan ağıllı köməkçidir.
3.Copilot for Security: Kiber-təhlükəsizlik komandalarına dəstək olur, insidentləri və təhdidləri real vaxt rejimində analiz edir.
Biznesiniz və karyeranız üçün Copilot-dan necə istifadə etməlisiz?
Müasir iş dünyasında süni intellekt alətlərini və mürəkkəb data analizini bacarmaq artıq bir seçim deyil, məcburiyyətdir. İstər Copilot kimi AI köməkçilərindən düzgün istifadə etmək, istərsə də biznes datalarını peşəkar səviyyədə idarə etmək üçün fundamental biliklərə sahib olmalısınız.
Əgər rəqəmlərlə dərindən işləmək, böyük məlumat kütlələrini vizuallaşdırmaq və mürəkkəb biznes modelləri qurmaq istəyirsinizsə, bizim beynəlxalq sertifikatlı Excel tədrisinə qoşulun. Süni intellekt dövründə əvəzolunmaz mütəxəssisə çevrilin!
