
Handex və Unibank arasında yeni əməkdaşlıq: İnkişafa bir addım daha yaxın!
Unibank və Handex Təlim Mərkəzi arasında imzalanan yeni əməkdaşlıq sayəsində bank əməkdaşlarının peşəkar inkişaf imkanları daha da genişlənir. Bu əməkdaşlıq çərçivəsində Unibank komandasının üzvləri Handex-in təqdim etdiyi bütün təlim proqramlarında 10% xüsusi endirim imkanı əldə edirlər.
Bu təşəbbüs, əməkdaşların bilik və bacarıqlarını artırmaqla yanaşı, onların şəxsi və peşəkar inkişafına dəstək olmağı hədəfləyir. Handex Təlim Mərkəzi öz keyfiyyətli və real bazar tələblərinə uyğun proqramları ilə peşəkar bacarıqların formalaşmasında mühüm rol oynayır. İndi isə bu imkanlar Unibank ailəsinin üzvləri üçün daha əlçatan və sərfəli olur.
Unibank hər zaman əməkdaşlarının davamlı inkişafını və karyera yüksəlişini dəstəkləyir. Handex ilə əməkdaşlıq bu istiqamətdə atılan mühüm addımlardan biridir. Təlim imkanlarından faydalanaraq, əməkdaşlar öz sahələrində daha da güclənəcək, gələcək üçün daha rəqabətqabiliyyətli olacaqlar. Bu fürsəti qaçırma!