Handex "Kaşalata Kafe"-də

  • May 14,2025
Handex "Kaşalata Kafe"-də

Handex komandası olaraq bu dəfə bir az fərqli bir səfərdəydik.
Bu dəfəki dayanacağımız Kaşalata kafe idi. Bura neyromüxtəlifliyi olan gənclərin çalışdığı, Azərbaycandakı ilk inklüziv kafedir. Bu kafedə çox dadlı şirniyyatlar və yeməklər dada bilər, həmçinin müxtəlif tədbirlərinizi və podkastlarınızı keçirə bilərsiniz. Keçirdiyimiz 2 saat ərzində komandamız və Kaşalata əməkdaşları çox möhtəşəm və əyləncəli zaman keçirdi. Burada olmaq bizim üçün sadəcə komanda birliyi və əyləncə deyil, eyni zamanda sosial məsuliyyətimizin bir hissəsi idi.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də inklüzivlik sosial inkişafın vacib elementlərindən biridir. Autizmli və xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası və əmək bazarına qoşulması bu sahədə əsas məqsədlərdəndir. Aytan xanım bu istiqamətdə önəmli təşəbbüslərlə çıxış edən şəxslərdən biridir. Onun təsis etdiyi Kaşalata Kafe isə bu missiyanın real və ilhamverici nümunəsidir.

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.