
İşsiz şəxslər üçün təqaüdlü təhsil və iş imkanı
Dövlət Məşğulluq Agentliyinin Handex təlim mərkəzi ilə birgə əməkdaşlığı çərçivəsində “Oracle SQL Developer” və "Data Analitika" peşəsi üzrə təqaüdlü və ödənişsiz peşə hazırlığı start götürdü.
Peşə hazırlığı nədir?
İşaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və ya yeni ixtisasa (peşəyə) yiyələnmək üçün yenidən hazırlıq, ixtisasartırma istiqamətlərində təhsil almasıdır. Daha ətraflı məlumatı üçün linkə keçid edə bilərsiz.
Əgər siz yeni biliklərə yiyələnmək və iş tapmaq istəyirsinizsə bu təlimlər tam sizin üçündür. Təlimlərimiz sizi aidiyyatı sahələr üzrə peşəkar edib sizi işlə təmin edəcək. Bundan əlavə hazırlıq müddətində işsiz şəxslərə minimum əməkhaqqı məbləğində aylıq təqaüd ödəniləcəkdir. Kursu uğurla bitirən iştirakçıların iş ilə təmin edilmələrinə dəstək göstəriləcək.
Qeydiyyatdan keçmək üçün aşağıda olan linklərə daxil olun.
Qeyd: peşə hazırlığına seçim imtahan və müsahibə əsasında olacaq
Hər kəsə uğurlar!