Handex “Global CEO Summit 2025” tədbirinin gümüş sponsoru oldu

  • Fevral 28,2025
Handex “Global CEO Summit 2025” tədbirinin gümüş sponsoru oldu

Handex təlim mərkəzi biznes və liderlik sahəsində mühüm qlobal tədbirlərdən biri olan “Global CEO Summit 2025” forumunun gümüş sponsoru oldu. 25 fevral 2025-ci il tarixində keçirilən bu nüfuzlu tədbir 300-dən çox rəhbər şəxs, baş icraçı direktor, iş adamı və C-level idarəçiləri bir araya gətirdi.

Tədbir çərçivəsində “Rəqabət qabiliyyətli dayanıqlı iqtisadiyyat” və “Vizyoner liderliyin inkişafı” kimi mühüm mövzular müzakirə olundu. Handex olaraq, bu sahələrdəki çağırışları və imkanları dəstəkləyərək, idarəetmədə innovativ yanaşmaların və strateji qərarların önəmini vurğuladıq.

Handex təlim mərkəzi innovasiya və insan kapitalının gücləndirilməsi istiqamətində fəaliyyətini genişləndirməkdə davam edir. “Global CEO Summit 2025” kimi beynəlxalq tədbirlər, biznes mühitinin inkişafı və yeni əməkdaşlıqların qurulması baxımından mühüm platforma rolunu oynayır. Handex olaraq, bu forumda iştirak etməyimiz müasir biznes yanaşmalarını təşviq etmək və idarəçilik sahəsində yeni perspektivlərə töhfə vermək üçün önəmli bir addımdır.

Handex təlim mərkəzi olaraq, bilik və təcrübə mübadiləsi, strateji tərəfdaşlıqlar və innovativ yanaşmalar vasitəsilə biznes və liderlik sahəsində fərq yaratmağa davam edəcəyik.

Birlikdə fərq yaradaq və liderliyin gücünü paylaşaq!

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.