
ABB və Handex arasında yeni əməkdaşlıq
Bank əməkdaşları üçün xüsusi təlim imkanları!
Azərbaycan Beynəlxalq Bankı (ABB) və Handex təlim mərkəzi arasında yeni əməkdaşlığa start verilib. Bu əməkdaşlıq çərçivəsində ABB-nin əməkdaşları Handex-in bütün təlim proqramlarına 10% endirim qazanacaqlar.
Bu təşəbbüs bank əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına, onların peşəkar inkişafına və karyera perspektivlərinin genişləndirilməsinə yönəlib. Müxtəlif sahələr üzrə təlimlərdə iştirak edərək, ABB əməkdaşları həm bank-maliyyə sektorunda, həm də digər sahələrdə yeni biliklər əldə edəcək və praktiki bacarıqlarını təkmilləşdirə biləcəklər.
Handex təlim Mmərkəzi ölkədə peşəkar inkişafı dəstəkləyən qabaqcıl tədris platformalarından biridir. Mərkəzin təqdim etdiyi kurslar data analitika, microsoft excel və digər sahələri əhatə edir. ABB ilə əməkdaşlıq çərçivəsində bu kurslar bank əməkdaşları üçün daha əlçatan olacaq.
Azərbaycan Beynəlxalq Bankı öz kadrlarının peşəkar inkişafına daim önəm verir və bu tip əməkdaşlıqlar vasitəsilə onların bilik və bacarıqlarını artırmağa dəstək göstərir. Bu əməkdaşlıq həm fərdi inkişafı, həm də ümumilikdə bank sektorunda peşəkar kadr potensialının gücləndirilməsini hədəfləyir.
Bilik qazan, bacarıqlarını inkişaf etdir və karyeranda yeni zirvələrə yüksəl!