
Təbiətə qayğı və ekoloji biliklərin artırılması məqsədilə “SDG Youth Community” təşəbbüs qrupunun təşkilatçılığı, Handex Təlim Mərkəzi və 3sual.az platformasının tərəfdaşlığı ilə M. Rahim adına 7 nömrəli məktəbdə gənclər üçün ekoloji intellektual oyun keçirildi.
Bu tədbirin əsas məqsədi gənclər arasında ekoloji maarifləndirməni artırmaq, onların ekoloji düşüncə tərzini inkişaf etdirmək və təbiətin qorunması ilə bağlı biliklərini möhkəmləndirmək idi. Rəqabətli mühitdə baş tutan bu intellektual oyun gənclərə məntiqli düşünmək, komanda ilə işləmək və çevik qərar vermək bacarıqlarını inkişaf etdirmək imkanı yaratdı.
Bundan əlavə, tədbir gənclər üçün geniş netvorking imkanı da təqdim etdi. Fərqli təcrübəyə malik iştirakçılar eyni məkanda toplaşaraq fikir mübadiləsi apardılar, yeni tanışlıqlar əldə etdilər və gələcəkdə birgə layihələr üçün zəmin yaratdılar.
Yarışın sonunda ən yüksək nəticə göstərən iştirakçılar Handex Təlim Mərkəzi tərəfindən dəyərli hədiyyələr və xüsusi kubokla mükafatlandırıldı.
Handex olaraq biz belə təşəbbüslərə dəstək verməkdən qürur duyuruq və gələcəkdə də gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək, rəqabətli mühitdə öyrənmək və peşəkar şəbəkələrini genişləndirmək üçün müxtəlif tədbirlərdə iştirak etməyə davam edəcəyik!