III Excel Olimpiadası: Excel ustaları bir araya gəldi!

  • İyun 05,2025
III Excel Olimpiadası: Excel ustaları bir araya gəldi!

Handex Təlim Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə üçüncü dəfə keçirilən III Excel Olimpiadası böyük maraq və rekord say ilə 1500-dən çox müraciətlə baş tutdu.

Bu olimpiadanı həyata keçirməkdə məqsədimiz yalnız Excel biliklərinin yoxlanılması deyil, həm də ölkəmizdə aidiyyəti sahələrdə çalışan mütəxəssislər arasında peşəkar şəbəkənin yaradılması və əməkdaşlığın təşviqidir. Bu baxımdan, olimpiada iştirakçıları arasında karyera perspektivlərini genişləndirəcək yeni əlaqələr quruldu.

III Excel Olimpiadası aşağıdakı mərhələlər üzrə baş tutdu:

  • I mərhələ (19 may 2025): E-mail vasitəsilə tapşırıqlar göndərildi, 1500 nəfər müraciətçi içindən sürətli və düzgün cavab verən ilk 40 nəfər seçildi.

  • II mərhələ (25 may 2025): Handex Təlim Mərkəzində keçirilən əyani olimpiadada 40 namizəd arasından 8 finalçı seçildi.

  • III mərhələ (1 iyun 2025):  1/8, 1/4, 1/2 final mərhələsində 8 rəqib arasından qaliblər müəyyən olundu.

Qaliblərimiz:

  • I yer: Sərvət Abdulov — "Metric Analytics" MMC, Data Analitika üzrə mütəxəssis — 300 AZN pul mükafatı + 200 AZN dəyərində istənilən təlimə endirim

  • II yer: Allahverdi Qasımov — Groupone MMC, Xərclərə nəzarət üzrə analitik — 200 AZN pul mükafatı + 100 AZN dəyərində istənilən təlimə endirim

  • III yer: Elnur İsayev — Müstəqil mütəxəssis (freelancer) — 100 AZN pul mükafatı + 50 AZN dəyərində istənilən təlimə endirim

Əziz Excel həvəskarları, belə güclü bir icmanın bir parçası olmaq və biliklərinizi inkişaf etdirmək üçün növbəti olimpiadamızı qaçırmayın!

Gəlin birlikdə öyrənək, inkişaf edək və yeni uğurlara imza ataq!

 

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.