
Handex MMC tərəfindən Azərbaycanda təşkil olunan ilk Excel Olimpiadasını sizələrə təqdim edirik. Bir çox maraqlı anlar və dinamik yarışlarla dolu olan bu üç mərhələli olimpiadada 200-dən çox iştirakçı ilə həyəcanlı bir mübarizə keçirildi. Olimpiadada fərqli sahələrdə çalışan şəxslərdən tutmuş tələbələrə qədər hərkəs iştirak edirdi. Olimpiadanın şərtləri və qaydaları sadə idi: "Düzgün həlləri ən tez sən göndər!". İştirakçılar mürəkkəb Excel tapşırıqlarını etmək üçün hər yoldan istifadə etdilər. Axtarışın sərbəst olması isə yaranmış kiçik çətinliklərin həllinə kömək etdi. Yarış çox rəqabətli, gərgin və bir o qədər də maraqlı keçdi. Bu gözlənilən idi, çünki Excel ekspertlərinin də olduğu yarışda qalib gəlmək heç də asan olmaz, elə deyilmi?
1 mart 2023-cü il tarixdə birinci mərhələ keçirildi. Qeydiyyatdan keçmiş şəxslərə "e-mail" vasitəsilə tapşırıq göndərildi, doğru və ən tez göndərən ilk 30 namizəd sonrakı mərhələyə keçdi. 4 mart 2023-cü il tarixdə kursumuzda ikinci mərhələ keçirildi, tapşırıqları düzgün və ən tez edən 16 namizəd final mərhələsinə keçdi. Final mərhələsi 5 mart 2023-cü il tarixdə baş tutdu və bu mərhələdə iştirakçılar tapşırıq hazırlayaraq bir-birləri ilə yarışdılar. Çətin keçən yarışlardan sonra qaliblər müəyyən olundu və onalara mükafatlar təqdim edildi:
I yer: Cavidan Ələskərov - Pasha Management Company - Baş vergi mütəxəssisi - 200 AZN + 200 AZN-lik təlim paketi
II yer: Fərid Həsənov - Sisteks MMC - Baş Mühasib - MOSE (Microsoft Office Specialist Excel Expert) təliminə 100% endirim
III yer: Aysun İbadova - ADNSU - İnformasiya Təhlükəsizliyi (SABAH qrupları) - Tələbə (III kurs) - MOSE (Microsoft Office Specialist Excel Expert) təliminə 50% endirim
Video təqdimatı izlə: