.jpg)
Peşə Təhsil Mərkəzində "Rəqəmsal Dünyada Analitik Düşüncə Bacarıqları" mövzusunda maarifləndirici seminar təşkil olunmuşdur. Seminar zamanı iştirakçılara analitik düşüncə anlayışı, onun gündəlik həyatda və peşə fəaliyyətində əhəmiyyəti, eləcə də bu bacarığın necə inkişaf etdirilməsi mövzusunda faydalı məlumatlar təqdim edildi.
Tədbirdə iştirakçılar analitik düşüncənin yalnız texniki sahələrdə deyil, eyni zamanda idarəetmə, marketinq, xidmət və digər sahələrdə də vacib rol oynadığı barədə məlumatlandırıldılar. Müzakirələr zamanı analitik yanaşmanın qərarvermə prosesinə necə müsbət təsir etdiyi vurğulandı, praktiki nümunələr üzərində təhlillər aparıldı.
Seminar interaktiv formatda keçmiş, iştirakçılar suallar vermək və fikir mübadiləsi aparmaq imkanı əldə etmişlər. Bu tədbir analitik düşüncə bacarığının müasir rəqəmsal dünyada nə qədər vacib olduğunu bir daha nümayiş etdirdi.