2025-ci il, 24 may tarixində ölkəmizdə artıq 10-cu dəfə keçirilən və insan resursları sahəsində çalışan 600-ə yaxın mütəxəssis və ekspertin iştirak etdiyi Milli İnsan Resursları Forumu bu il də “İnsana dəyər” şüarı ilə baş tutdu. Peşəkar İR mühitini bir araya gətirən bu mühüm tədbirin rəsmi sponsorlarından biri isə Handex təlim-tədris mərkəzi oldu.
Handex tədbir çərçivəsində özünün yeni və innovativ məhsulu olan ExcelCibinizdə kitabının təqdimatını həyata keçirdi. Bu kitab insan resursları sahəsində çalışan mütəxəssislər üçün gündəlik iş həyatında istifadə olunan Excel funksiyalarını, analitik hesabatları və praktiki nümunələri bir araya gətirən ilk və yeganə vəsaitdir.
Forum müddətində Handex-in stendi interaktiv və informativ məzmunla fərqləndi. Stenddə quraşdırılmış smart ekran texnologiyası və maraqlı kitab oyunları ziyarətçilərin diqqətini cəlb etdi. İştirakçılar kitabın üz qabığının hissələrini birləşdirərək həm əyləndilər, həm də məntiq və diqqət bacarıqlarını sınadılar. Bu fəaliyyətə qoşulan 100-dən çox ziyarətçiyə Handex tərəfindən endirim kartları və gündəlik istifadə üçün nəzərdə tutulmuş promo məhsullar təqdim olundu.
Təqdimat zamanı ExcelCibinizdə kitabına böyük maraq göstərildi. Kitabda insan resursları sahəsində tez-tez istifadə edilən əsas Excel funksiyalarının şəkilli və yazılı izahı, eləcə də turnover analizi, əməkhaqqı hesabatları, deadline izləmə, staj hesablanması və digər praktiki məsələlərin real nümunələrlə açıqlaması yer alır.
Spikerlərin çıxışları tamamlandıqdan sonra isə onlara təşəkkür əlaməti olaraq “Excel Cibinizdə” kitabı təqdim olundu.
Handex olaraq bu kimi forumlarda əsas məqsədimiz ölkəmizdəki mütəxəssislərinin peşəkar inkişafına dəstək olmaq və müasir iş mühitinə uyğun praktiki bilikləri əlçatan şəkildə təqdim etməkdir.