
20.04.2024 tarixində Handex təlim mərkəzində tədris iştirakçıları üçün "İşi harada və necə axtarmaq lazımdır?" adlı seminar keçirildi. Seminar zamanı dövlət qurumlarının birində çalışan istedadların cəlbedilməsi və iş gücü planlaşdırılması üzrə baş mütəxəssis olan Aidə Həbibova öz təcrübəsini iştirakçılar ilə bölüşdü. Əsas mövzular "Vakansiyaları harada və necə axtarmaq lazımdır?", "Müsahibə zamanı məlumat verilməsi tövsiyə olunan və olunmayan mövzular", "CV-ni harada və necə hazırlaya bilərik?", "CV-də qeyd olunması tövsiyə olunan və olunmayan məlumatlar" və işə qəbul müsahibəsi zamanı vacib olan digər detallar barədə məlumat verildi.
Seminarın əsas məqsədi təlim iştirakçılarının tədrisi bitirdikdən sonra iş müsahibələrinə hazırlamaq və aidiyyəti sahə üzrə vakansiyalara yönləndirmək idi. Seminardan sonra bütün iştirakçılar CV hazırlanma mərhələsinə cəlb olundular. Bütün iştirakçılara kariyeralarında uğurlar arzu edirik!