Data Talks Layihəsi #4

  • İyun 05,2025
Data Talks Layihəsi #4

Handex Təlim Mərkəzində təşkil olunan Data Talks layihəsinin 4-cü sessiyası artıq geridə qaldı. Bu dəfəki Ekspertimiz Azerconnect Group–da İnsan Resursları İdarəetmə və Layihələr Direktoru Seymur Əhmədov idi.

Tədbirin mövzusu “Data əsaslı strateji idarəetmə” üzərində qurulmuşdu. Seymur Əhmədov 10 ildən çox təcrübəsi ilə data əsaslı qərarvermənin biznes idarəetməsində çevik və effektiv gücə necə çevrildiyini real nümunələrlə izah etdi.

İştirakçılar data əsaslı qərarvermənin üstünlüklərini, strateji idarəetmədə datanın rolunu, praktik alətləri və müasir idarəetmədə çətinliklərin həll yollarını öyrəndilər.

Qeyd edək ki, Handex olaraq “Data Talks”  layihəsi çərçivəsində hər ay analitika sahəsinin müxtəlif istiqamətlərində peşəkar ekspertlərlə görüşlər keçiririk. Məqsədimiz data icmasını bir araya gətirmək, bu sahəyə marağı olanları və gələcəkdə karyerasını bu istiqamətdə qurmaq istəyənləri bir araya toplamaq, bilik və təcrübə mübadiləsi aparmaq, həmçinin şəbəkələşmə və əməkdaşlıq imkanları yaratmaqdır.

Tədbirdə iştirak edən hər kəsə təşəkkür edir və növbəti Data Talks tədbirlərimizdə yenidən gözləyirik!

 

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.