Handex-də DataTalks layihəsi #3

  • May 14,2025
Handex-də DataTalks layihəsi #3

Handex-də proqramlaşdırma və data analitika bir arada – 3-cü DataTalks görüşü baş tutdu!

Handex Tədris Mərkəzində təşkil olunan DataTalks layihəsinin bu dəfəki qonağı proqramlaşdırma üzrə təcrübəli mütəxəssis, beynəlxalq təlimçi və iki kitab müəllifi Kərim Tahiroğlu oldu.

Tədbirin əsas mövzusu illərdir data analitika sahəsində müzakirə edilən böyük bir sual ətrafında quruldu: "Python yoxsa R?"

Spikerimiz real layihələrdən nümunələr göstərərək bu iki dilin:

Analitik bacarıqların inkişafındakı rolunu,
Statistika və vizuallaşdırmada fərqliliklərini,
Akademik və peşəkar sahələrdə istifadəsini təhlil etdi.

Tədbir iştirakçıları həm R, həm də Python dilinin güclü və zəif tərəflərini praktiki yanaşma ilə müqayisə etmək, öz sahələrinə daha uyğun dili seçmək imkanı qazandılar.

Eyni zamanda vurğulandı ki, texniki bacarıqlardan əlavə doğru metod və məqsədyönlü yanaşma data analitikada uğurun açarıdır.

Bu görüş, DataTalks layihəsinin data dünyasının yalnız sosial və nəzəri tərəflərinə deyil, həm də proqramlaşdırma və texniki bacarıqlara toxunduğunu bir daha sübut etdi.

Bizə dəyərli təcrübəsini paylaşdığı üçün Kərim Tahiroğluna təşəkkür edirik.
İştirak edən hər kəsə təşəkkürlər – sizi növbəti görüşlərdə səbirsizliklə gözləyirik!

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.