Handex-də DataTalks layihəsi #2

  • Aprel 14,2025
Handex-də DataTalks layihəsi #2

Handex-də “DataTalks” layihəsinin növbəti görüşü sosial dinamikalara həsr olundu Handex Tədris Mərkəzində “DataTalks” layihəsi çərçivəsində daha bir maraqlı görüş uğurla baş tutdu. Bu dəfə tədbirin mövzusu cəmiyyətin sosial dinamikaları və insan davranışlarının analitik üsullarla necə anlaşıla biləcəyinə həsr olunmuşdu.

Spikerimizin təqdimatında data analitikasının cəmiyyətin davranışlarını və dəyişikliklərini anlamaqda necə güclü alətə çevrildiyi real nümunələr və praktik metodlar əsasında izah olundu. Tədbir iştirakçıları analitik düşüncə ilə sosial məsələlərin təhlili, qərarvermədə verilənlərin rolu və insanların davranışlarının arxasında duran səbəblərin dataya əsasən necə analiz oluna biləcəyi barədə dəyərli bilgilər əldə etdilər.

  • Tədbirdə müzakirə olunan əsas mövzular:
  • Riyazi biliklər olmadan da analitik düşüncənin formalaşdırılması;
  • Sosial mövzuların təhlilində data yanaşmaları;
  • Cəmiyyəti daha dərindən anlamaq üçün analitik texnikaların tətbiqi;
  • Sosial tendensiyaların datayla təhlili və öngörülməsi;

İnsan davranışlarının data vasitəsilə başa düşülməsi. Tədbir zamanı vurğulandı ki, data yalnız texniki sahələrlə məhdudlaşmır – o, eyni zamanda cəmiyyətin düşüncə tərzi, münasibətləri və sosial dəyişiklikləri anlamaq üçün də vacib vasitədir.

Bu görüş DataTalks layihəsinin data analitikasının yalnız texniki deyil, sosial aspektlərinə də işıq tutmağa davam etdiyini göstərdi. Layihə çərçivəsində gələcəkdə də müxtəlif sahələr üzrə mütəxəssislərlə görüşlər planlaşdırılır. Məqsəd – iştirakçılara ilham vermək, yeni perspektivlər açmaq və analitikanın gücünü daha geniş miqyasda göstərməkdir.

İnqilab Şahbazova dəyərli çıxışı və təcrübəsini bölüşdüyü üçün təşəkkür edirik. Çıxışa tam izləmək üçün linkə daxil olun.

Tədbirə qatılan və müzakirələrə aktiv qoşulan hər kəsə təşəkkür edirik. Sizi növbəti DataTalks görüşlərində də aramızda görməkdən məmnun olarıq!

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.