BMU-da "Data analitikada vizuallaşdırmanın əhəmiyyəti" adlı vörkşop keçirildi

BMU-da "Data analitikada vizuallaşdırmanın əhəmiyyəti" adlı vörkşop keçirildi

  • Dekabr 16,2023
BMU-da  "Data analitikada vizuallaşdırmanın əhəmiyyəti" adlı vörkşop keçirildi

   05.12.2023 tarixində Handex və Bakı Mühəndislik Universiteti (BMU) Müəssisələr və karyera departamentinin təşkilatçılığı ilə tələbələr üçün “Data analitikada vizuallaşdırmanın əhəmiyyəti” adlı vörkşop başlanılıb. 4 gün davam edən bu vörkşop 15.12.2023 tarixində yekunlaşıb.

   “Gələcəyin peşəsini öyrən” layihəsi çərçivəsində keçirilən ilk təlimdə “Handex” MMC-nin rəhbəri Rəşad Qurbanov tələbələrə proqram təminatı, data analitikası, süni intellekt kimi gələcəyin ixtisasları barədə ətraflı məlumat verib. Tələbələrlə interaktiv formatda keçirilən təlimdə R.Qurbanov data anlayışı, data məlumatların əldə olunması, data analizi, eləcə də data analizinin biznesdə faydaları haqqında dolğun informasiyalar təqdim edib. İştirakçılara aşağıdakı mövzular barədə ətraflı informasiyalar verildi.

  1. Data vizualizasiyasının əsasları; 
  2. İnteraktiv vizualizasiya alətləri;
  3. Qrafik və Diagram növləri; 
  4. Məlumatların vizuallaşdırılması üçün ən yaxşı təcrübələr;
  5. Big Data və vizuallaşdırma;

Növbəti günlərdə Data Analitika ürə mentorlarımız Salmanlı Emil və Xodayev Nurullah tələbələrə Power BI proqramı üzərindən tədris aparmış və yekunda tapşırıq verilmişdir. Qaliblərə Power BI təlimimizə 100%, 70% və 50% dəyərində hədiyyə kartları təqdim edilmişdir. Yekunda bütün tələbələrə “Data analitikasının yol xəritəsi” məlumat vərəqələri və sertifikat təqdim edilərək xatirə şəkilləri çəkildi.

   

 

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.