Data Analitikası və Analitikada Excel-in Rolu

AzTu-da Keçirilən "Data Analitikası və Analitikada Excel-in Rolu" Adlı Vorkşop

  • Mart 15,2024
AzTu-da Keçirilən "Data Analitikası və Analitikada Excel-in Rolu" Adlı Vorkşop

27 fevral 2024-cü il tarixdə Təhsilin İnkişafı Fondunun Azərbaycan Texniki Univeristeti ilə əməkdaşlığı nəticəsində yaradılmış Davamlı İnkişaf Mərkəzində "Handex"-in "Data Analitikası və Analitikada Excel"-in rolu adlı vörkşop baş tutdu. Vorkşop 4 gün (27 fevral, 1,5,8 mart) davam etdi. 5-ci gün imtahan günü idi. Son gündə iştirakçılar öyrəndiklərini tətbiq edərək xüsusi hədiyyələr qazandılar. Qaliblər tapşırığın düzgün və sürətli edilməsinə əsasən təyin edildi. Tapşırıqları ən sürətli formada düzgün yerinə yetirən iştirakçılar qalib seçildi.

Bu vörkşopda Data Analitikası, onun günümüzdə rolu, daha sonra isə Excel proqramının Data Analitikasında əhəmiyyəti, istifadə yerləri haqqında məlumat verildi.

Vörkşopda Excel-də ən çox işlədilən funksiya və menyular, iş həyatında istifadə edilən analiz növləri tədris olundu.

Bununla məqsədimiz bu sahəyə olan marağı artırmaq və maraqlı şəxsləri daha da məlumatlandırmaq idi. Bu kimi layihələri davamlı etmək əsas hədəfimizdir.

 

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.